Qriqoryan Baydenin müşaviri ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Qriqoryan Baydenin müşaviri ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
# 05 dekabr 2023 11:25 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

APA xəbər verir ki, bu barədə Armen Qriqoryan "Facebook" hesabında bildirib.

Onun sözlərinə görə, görüş dekabrın 4-də Ağ Evdə baş tutub.

Qriqoryan bildirib ki, o, Ceyk Sallivanla təhlükəsizlik və iqtisadi sahədə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

"Biz həmçinin, regional təhlükəsizlik vəziyyətini müzakirə etdik, bu çərçivədə mən Ermənistanın Azərbaycanla münasibətlərin normallaşmasına və sülh prosesinin davam etdirilməsinə sadiqliyini bir daha təsdiqlədim", - Ermənistan rəsmisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR