Azərbaycan AEBA üçün əhəmiyyətli tərəfdaşdır.
APA xəbər verir ki, bu barədə AEBA-nın Baş direktoru Rafael Qrossi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.
O, keçirilən birgə layihələri məmnunluqla vurğulayıb, habelə nüvə təhlükəsizliyi və Agentliyin ixtisaslaşdığı digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin mövcud olduğunu qeyd edib.