Bank Of Baku

Qrossi: Biz həm Ermənistanla, həm də Azərbaycanla işləyirik, diplomatiya kanallarının açıq saxlanılması çox vacibdir

Qrossi: Biz həm Ermənistanla, həm də Azərbaycanla işləyirik, diplomatiya kanallarının açıq saxlanılması çox vacibdir
# 02 mart 2023 13:21 (UTC +04:00)

Düşünürəm ki, beynəlxalq sülh və stabilliyin saxlanılması üçün bütün səylər vacibdir. Hesab edirəm ki, Qoşulmama Hərəkatı və digər platformalar da bunu təşviq etməlidir.

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.

“Biz həm Ermənistanla, həm də Azərbaycanla işləyirik. Biz stabilliyin təşviqi üçün əməkdaşlıq edirik ki, bu da vacibdir. Çətin zamanlarda diplomatiya kanallarının açıq saxlanılması çox vacibdir”, - Qrossi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR