Sentyabrın 21-də Azərbaycan nümayəndələri Qarabağın erməni icmasının nümayəndələri ilə görüşüb.
APA-nın xəbərinə görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, Qarabağda həmin ərazilərə görüşlərdən az sonra elektrik enerjisi verilib:
“BMT missiyasının, xarici diplomatların bölgəyə səfəri təşkil edilib, aşkarlanan silah və sursatlar onlara nümayiş etdirilib. Bir həftə sonra BMT-nin rezident əlaqələndiricisinin, daha sonra Avropa Şurasının da komissiyalarının bölgəyə səfərinə şərait yaradılıb. Dünya gördü ki, məsuliyyətli dövlət ərazi bütövlüyünü bərpa edəndə şəffaf məlumatları beynəlxalq ictimayyətə təqdim edir. Azərbaycan təhlükəsizliyinə təhdidi aradan götürərək bölgənin inkişafına şərait yaradıb. Yerli erməni əhalinin oranı kütləvi tərk etməsinin səbəbi separatçı rejimin dırnaqarası liderlərinin fəaliyyəti olduğu nəzərə çatdırılıb. Xalqlar arasında irqçilik aşılayan bu insanlar fəaliyyətlərini antiterror tədbirlərindən sonra da davam etdiriblər, Azərbaycanın təqdim etdiyi reinteqrasiya tədbirlərini yerli ictimaiyyətə açıqlamayıblar. Ermənistanın da bu məsələdə böyük məsuliyyəti var. Qarabağda qalmaq istəyən insanların Ermənistanda təzyiq hədəfi seçilməsi də göz önündə idi”.