Bank Of Baku

Rəsmi İrəvan: Rusiya, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə dair razılıq əldə edilib

Rəsmi İrəvan: Rusiya, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə dair razılıq əldə edilib
# 27 aprel 2023 16:14 (UTC +04:00)

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilə bağlı razılıq əldə olunduğuna dair bəyanatına münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Ani Badalyan açıqlama verib.

Ermənistan Xarici İşlər Nazirliyi də Zaxarova kimi konkret tarixi açıqlamayıb:

“Əvvəl də xəbər verdiyimiz kimi, görüşlərlə bağlı təkliflər var idi, artıq razılaşma əldə olunub. Konkret tarixi sonra açıqlayacağıq”, - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR