Bank Of Baku

Rusiya lideri Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması üçün heç bir maneə görmür - YENİLƏNİB

Rusiya lideri Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması üçün heç bir maneə görmür - YENİLƏNİB
# 13 oktyabr 2023 17:52 (UTC +04:00)

Qarabağ indi deyil, keçən il Ermənistanın bu statusu tanımasından sonra yekun olaraq Azərbaycanın bir hissəsi olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə MDB liderlərinin sammitinin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Rusiya Prezidenti qeyd edib ki, Bakı və İrəvan dəfələrlə Qarabağla bağlı razılaşmaya yaxın olublar, o cümlədən referendum ideyası müzakirə olunub.

Putin Qarabağdakı hadisələrdən sonra Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması üçün heç bir maneə görmədiyini də vurğulayıb.

***

17:39

Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu etiraf edib.

APA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Bişkekdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR