Bank Of Baku

Rusiya Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etməyə hazırdır

Mirzoyan, Lavrov, Ceyhun Bayramov

© APA | Mirzoyan, Lavrov, Ceyhun Bayramov

# 17 fevral 2023 14:30 (UTC +04:00)

Rusiya sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycana yardım etməyə davam edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova bu günlərdə Rusiya XİN başçısının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvan və Bakıya səfərlərini və oradakı təmaslarını xatırladıb.

Onun sözlərinə görə, həm erməni, həm də Azərbaycan tərəfi Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını bildiriblər: “Sülh müqaviləsinin həssaslığını nəzərə alaraq, mən məsləhətləşmələrin detallarına varmayacağam. Bir daha Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə hazır olduğumuzu təsdiq edə bilərəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR