Bank Of Baku

Rusiya XİN: Aİ-nin Ermənistandakı müşahidəçiləri regiona geosiyasi qarşıdurma gətirə bilər

Rusiya XİN: Aİ-nin Ermənistandakı müşahidəçiləri regiona geosiyasi qarşıdurma gətirə bilər
# 26 yanvar 2023 17:26 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) Ermənistana, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinə iki il müddətinə 100 nəfərlik mülki missiya göndərməsinə münasibət bildirib.

APA Nazirliyə istinadən verir ki, Rusiya XİN-dən bildirilib ki, Aİ-nin Ermənistandakı müşahidəçiləri regiona geosiyasi qarşıdurma gətirə bilər.

“Ermənistanın sərhədyanı ərazilərində Avropa İttifaqının nümayəndələrinin peyda olması regiona geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri gərginləşdirə bilər. Bu, həm də Aİ-nin Rusiyanın Cənubi Qafqazdakı vasitəçilik missiyasına maneçilik törətmək cəhdləri, erməni və azərbaycanlıların təməl maraqlarına və regionun sülhə qayıtmasına zərbə vurmağa qadirdir”, - qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR