Rusiya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Rusiya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
# 08 dekabr 2023 13:24 (UTC +04:00)

Moskva Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş Naziri Aparatının iki ölkə arasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq üçün qarşılıqlı niyyətlərini təsdiq edən Birgə Bəyanatını məmnunluqla qarşılayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Rusiya XİN-in saytında yayılan şərhində bildirilib.

"Biz Bakı ilə İrəvan arasında Ermənistan və Azərbaycan hərbçilərinin azad edilməsinə dair razılaşmanı alqışlayırıq. Rusiya ardıcıl olaraq məhbusların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi ideyasını irəli sürüb. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üçün hərtərəfli üçtərəfli sazişlərinə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin təşviqində yeni imkanlar açır. Biz bundan sonra da nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslarda hər cür yardım göstərməyə hazırıq. "Biz İrəvanın xoşməramlı jest kimi 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycanın xeyrinə öz ölkəsinin namizədliyindən imtina etmək qərarını, eləcə də Bakının Ermənistanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bürosuna üzvlüyünə namizədliyini dəstəklədiyini bəyan etməsini alqışlayırıq. Rusiya tərəfi məlum məsələ ilə bağlı ümumi razılığa nail olmaq məqsədi ilə Bakı və İrəvanla təmaslar aparıb", - Zaxarovanın şərhində qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR