Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması ilə bağlı irəliləyişin olmamasının səbəbi Ermənistandır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında normallaşma istiqamətində irəliləyişin olmaması İrəvanın mövqeyindən qaynaqlanır: "Hansı ki, Qərb bunu məsləhət görüb. Qərb Moskva, Bakı və İrəvan arasında üçtərəfli razılaşmaların həyata keçirilməsinə imkan vermək istəmir. Avropa İttifaqı və ABŞ Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını Moskvasız, özlərinə məxsus şəkildə təşkil etmək istəyirlər", - deyə Rusiya XİN başçısı vurğulayıb.