“Qoşulmama Hərəkatının vacib dəyəri odur ki, bu platforma Afrika qitəsindən olan ölkələrə qlobal pəncərə açır, onların səsinin eşidilməsinə imkan verir”.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin jurnalistlərə açıqlamasında deyib.
Sergey Verşin Qərb ölkələrini də ittiham edib.
“Qərb ölkələrin suveren hüquqlarına təzyiq edir. Rusiya beynəlxalq hüquq və prinsiplərə əsaslanan sistemi dəstəkləyir”, - o qeyd edib.