Bank Of Baku

Rusiya XİN: Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqu ancaq alqışlaya bilərik

Rusiya XİN: Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqu ancaq alqışlaya bilərik
# 10 fevral 2023 15:30 (UTC +04:00)

Hər bir dövlətin öz maraqlarına cavab verən, üçüncü ölkələrə qarşı istiqamətlənməyən və mövcud qüvvələr balansını nəzərə alan beynəlxalq formatlarda iştirak etmək hüququ var.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Əgər Bakı, İrəvan və Tbilisi arasında üçtərəfli dialoq Cənubi Qafqazdakı ziddiyyətləri nizamlamağa, regionda təhlükəsizlik və sabitliyi möhkəmləndirməyə kömək edəcəksə, o zaman biz bunu ancaq alqışlaya bilərik”, - Rusiya XİN sözçüsü vurğulayıb.

O qeyd edib ki, əgər bu təşəbbüsün arxasında üçtərəfli razılaşmaların həyata keçirilməsinə xələl gətirməyə çalışan Vaşinqton və Brüsselin konturları görünürsə, bu, tamam başqa hekayədir.

"Məhz həmin üçtərəfli razılaşmalar Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasının əsasıdır. Bu format çərçivəsində 2020-ci ildən açar proseslərə start verilib. Cənubi Qafqaz regionunda eksklüziv və inklüziv əməkdaşlıq formatlarına gəldikdə isə 3+3 regional məşvərətçi əməkdaşlıq formatı mövcuddur. Bu formata üç Cənubi Qafqaz respublikası, Rusiya, İran və Türkiyə daxildir. Biz 3+3 əməkdaşlıq platformasının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin dəstəklənməsi üçün əhəmiyyətli potensialını qeyd edirik", o söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR