Bank Of Baku

Rusiya XİN: İrəvan və Bakı arasında vasitəçilik səylərində rəqabətə yol verməmək lazımdır

Rusiya XİN: İrəvan və Bakı arasında vasitəçilik səylərində rəqabətə yol verməmək lazımdır
# 23 fevral 2023 10:23 (UTC +04:00)

Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində Qahirənin danışıqlarda vasitəçi olmaq istəyini şərh edərkən bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, İrəvan və Bakı arasında vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməmək lazımdır.

O xatırladıb ki, İrəvan və Bakı arasında barışıq Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər komplekslərinə əsaslanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR