Bank Of Baku

Sabah Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçiriləcək

Sabah Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçiriləcək
# 22 dekabr 2022 19:39 (UTC +04:00)

Sabah Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçiriləcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, görüş Rusiya XİN-nin Qəbullar Evində baş tutacaq.

Qeyd edək ki, sonuncu dəfə Bayramov və Lavrov arasında görüş Moskvada bu ilin dekabrın 5-də keçirilib.

Rusiya XİN-nin açıqladığı məlumata görə, dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılıbmış. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR