Bank Of Baku

Sabiq nazir: Gürcüstanın varlığının qorunmasında Heydər Əliyevin müstəsna rolu var

Sabiq nazir: Gürcüstanın varlığının qorunmasında Heydər Əliyevin müstəsna rolu var
# 05 may 2023 11:07 (UTC +04:00)

"1990-cı illərdə Gürcüstanın varlığının qorunmasında ABŞ və digər Qərb dövlətlərinin rolu ilə bərabər, Heydər Əliyevin strateji baxışının müstəsna rolu var".

APA-nın xəbərinə görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən “Ümummili lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Heydər Əliyevin çoxvektorlu xarici siyasəti” adlı paneldə Gürcüstanın sabiq xarici işlər naziri Tedo Caparidze bildirib.

Tedo Caparidze qeyd edib ki, Eduard Şvarnadze ilə çalışdığı dövrdə Heydər Əliyevlə görüşüb: “Şvarnadze hər zaman deyirdi ki, Bakıya get, Heydər Əliyevdən məsləhət al. Heydər Əliyevlə müzakirələrimin birində dedi ki, Cənubi Qafqaz üçün təhlükəsizlik, inkişaf və müstəqillik bir bir-biri sıx əlaqədədir, ayrılmazdır”.

Tedo Caparidze qeyd edib ki, Heydər Əliyev Gürcüstan üçün də əvəzolunmaz şəxsiyyətdir: “Heydər Əliyevin enerji siyasətində Gürcüstana verdiyi önəm sayəsində Gürcüstan dünya səviyyəsində mühüm yer tutdu”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR