Bank Of Baku

Sahibə Qafarova polşalı həmkarını Ermənistanın öhdəliklərini pozması barədə məlumatlandırıb

Sahibə Qafarova polşalı həmkarını Ermənistanın öhdəliklərini pozması barədə məlumatlandırıb
# 19 aprel 2023 09:59 (UTC +04:00)

Azərbaycan Ermənistanla sərhədlərin müəyyən edilməsi və münasibətlərin normallaşması üzrə 5 prinsipdən ibarət təklif verib.

APA xəbərə verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə Seyminin sədri Elzbieta Vitek ilə görüşündə deyib.

“Biz gələcəyə baxmaq, sülh əldə etmək, normal qonşuluq münasibətləri yaratmaq istəyirik. Təəssüf ki, hələ də Ermənistan tərəfindən öhdəliklərinin pozulmasını, sərhəddə və Azərbaycanın suveren ərazilərində təxribatların, beynəlxalq ictimaiyyəti yalan məlumatlarla aldatmaq cəhdlərinin şahidi oluruq. Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yoludur”, - o deyib.

Ötən il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan Milli
Məclisin sədri deyib ki, xalqlarımız arasında dostluq və əməkdaşlıq ənənələrinin tarixi isə daha genişdir.

Spiker diqqətə çatdırıb ki, Azərbaycanın Polşa ilə əlaqələri həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı çərçivəsində inkişaf edir. Aİ ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir və Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR