Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən son iclasında sədr Sahibə Qafarova iştirak etmir.
APA xəbər verir ki, parlamentin I vitse-spikeri Əli Əhmədov Sahibə Qafarovanın Qətərin sabiq əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin dəfn mərasimində iştirak üçün bu ölkədə səfərdə olduğunu bildirib.