Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Varşava Universitetinin Fəxri diplomu və medalı ilə təltif olunub.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, Varşava Universitetinin rektoru professor Novak Alojzy Fəxri diplomu və medalı spiker Sahibə Qafarovaya təqdim edib.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində olub. Spiker, burada "Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı" mövzusunda məruzə ilə çıxış edib.