Bank Of Baku

Səfir: Aİ Azərbaycanda gender bərabərliyi üzrə layihələrdə fəal iştirak edir

Səfir: Aİ Azərbaycanda gender bərabərliyi üzrə layihələrdə fəal iştirak edir
# 15 dekabr 2022 11:22 (UTC +04:00)

Aİ biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı islahatlara müvafiq dəstək verir.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, iqtisadi sahə ilə yanaşı, təhsil sahəsində də uğurlu əməkdaşlıq var.

Diplomatın sözlərinə görə, Azərbaycandan bir neçə universitet Aİ-nin Erasmus proqramında iştirak edir və bu universitetlər qrantlar alıb. Onlardan biri də ADA Universitetidir.

Peter Mixalko əlavə edib ki, azərbaycanlı tələbələr Avropa universitetlərində təhsilə böyük maraq göstərir: “Biz Aİ-dən olan tələbələrin də Azərbaycana gələrək burda təhsil almasına şahid oluruq”.

Diplomat Azərbaycanda gender bərabərliyi ilə bağlı kampaniya və layihələrdə Aİ-nin fəal iştirak etdiyini vurğulayıb: “Biz gender əsaslı zorakılığa qarşı BMT-dən olan tərəfdaşlarımızla birgə işləyirik. Azərbaycanda qadınların daha da güclənməsi üçün biz qadın sahibkarlara dəstəklə bağlı layihələr həyata keçiririk”.

O qeyd edib ki, Azərbaycanla əməkdaşlıq və dialoq bütün səviyyələrdə aparılır. Diplomat bu ilin iyulunda Brüsseldə Azərbaycan və Aİ-nin Əməkdaşlıq Şurasının iclasını keçirildiyini xatırladıb: “Şərq Tərəfdaşlığı ikitərəfli əməkdaşlığımız üçün imkanlar təmin edir. Bu həftənin əvvəlində nazir Ceyhun Bayramov Brüsseldə Aİ və Şərq Tərəfdaşlığı XİN başçılarının iclasında iştirak etdi. Aİ və Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlar davam edir və bu danışıqlar yeni mərhələyə qədəm qoyub. İnanırıq ki, bu sazişin əldə olunması bizim əməkdaşlığımız üçün yeni imkanlar açacaq”.

Mixalxo vətəndaş cəmiyyətinin də fəaliyyətindən bəhs edib. O vurğulayıb ki, vətəndaş cəmiyyətinə dəstək vacibdir: “Fəal vətəndaş cəmiyyəti dayanıqlı inkişafı təmin edir. Ona görə də vətəndaş cəmiyyəti üçün adekvat şərait təmin olunmalıdır”.

Peter Mixalko qanunun aliliyi və məhkəmə islahatlarının vacibliyini də vurğulayıb: “Biz bu sahələrə diqqət verməyə davam edəcəyik və dialoqumuzda nəzərdə saxlayacaq və lazım olduqca gündəmə gətirəcəyik”.

Səfir “Tərtər işi” üzrə müəyyən müsbət dəyişikliklərə şahid olduqlarını diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR