Bank Of Baku

Səfir: Aİ Cənubi Qafqazın sülh regionuna çevrilməsi üçün çalışır

Səfir: Aİ Cənubi Qafqazın sülh regionuna çevrilməsi üçün çalışır
# 15 dekabr 2022 11:03 (UTC +04:00)

Aİ Cənubi Qafqazın sülh və rifahın mövcud olduğu regiona çevrilməsi üçün çalışır və sülh prosesində fəal iştirak edir.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Peter Mixalko Aİ Şurasının Prezidenti Şarl Mişelin şəxsi təşəbbüsü və fəal iştirakı ilə üçtərəfli görüşlərin keçirildiyini xatırladıb.

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün səylərimizi davam etdirəcəyik. Bu prosesə rəqabət kimi baxmaq doğru deyil və biz çağırış edirik ki, iki ölkə arasında normallaşma prosesində iştirak edən digər ölkələr də yekunda uğurlu nəticənin əldə olunması üçün çalışsınlar. Ümid edirik ki, bu strukturlaşdırılmış proses sülhün əldə olunmasına gətirib çıxaracaq və çıxarmalıdır. Biz intensiv və davamlı qaydada işləyəcəyik ki, nəticələr əldə olunsun. Aİ Azərbaycanda minalardan təmizlənmə prosesində ən fəal dəstəkçilərdən biridir. Bu, Qarabağın yenidən qurulması və təhlükəsizliyi üçün çox vacibdir”, - səfir əlavə edib.

Peter Mixalko Kəlbəcərdə mina partlayışına da münasibət bildirib.

“Biz minalardan təmizlənmədə Azərbaycana kömək etməyə davam edəcəyik və inanırıq ki, bu dəstəyin həcmi artacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR