“Argentina Azərbaycanın dostudur”.
Bunu APA-ya açıqlamasında Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi deyib.
O bildirib ki, artıq uzun müddətdir Argentinanın Azərbaycanda diplomatik təmsilçiliyi var.
“Artıq 10 ilə yaxındır burada səfirliyimiz fəaliyyət göstərir. Biz kənd təsərrüfatı və digər sahələrdə təcrübələrimizi Azərbaycanla mübadilə edirik. Biz eyni zamanda, ticarət səviyyəsini inkişaf etdirmək istəyirik, çünki bunun üçün çoxlu imkanlar var”, - səfir vurğulayıb.
Xanım diplomat ölkəsinin Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qalibi olması barədə də danışıb. O deyib ki, dünən futbol azarkeşləri çox maraqlı oyuna şahidlik edib.
“Komandamızın çempion olması bizi çox sevindirdi”, - diplomat qeyd edib.