Bank Of Baku

Səfir: Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığı aktiv şəkildə inkişaf edir

səfiri Ağalar Atamoğlanov

© APA | səfiri Ağalar Atamoğlanov

# 07 aprel 2023 12:12 (UTC +04:00)

Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələr sürətli şəkildə və olduqca aktiv şəkildə inkişaf edir və genişlənir.

APA xəbər verir ki, bunu ölkəmizin Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ikinci iclasına həsr olunmuş dəyirmi masa zamanı onlayn çıxışında deyib.

Səfir ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunub:

"Qazaxıstanla ikitərəfli münasibətlərin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərindən biridir və münasibətlərimizin inkişafı üçün bütün ilkin şərtlər mövcuddur. İqtisadi və siyasi əlaqələrin inkişaf etdirilməsi üçün ölkələrimiz yüksək iqtisadi potensiala, enerji resurslarına, əlverişli coğrafi mövqeyə və digər amillərə malikdir”, - diplomat əlavə edib.

Səfir həmçinin Azərbaycan və Qazaxıstan arasında münasibətlərin inkişafında ikitərəfli görüşlərin və eləcə də bugünkü dəyirmi masanın nəticələrinin iki ölkənin inteqrasiya proseslərinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR