Bank Of Baku

ABŞ səfiri: “Azərbaycanın suverenliyini, müstəqilliyini və demokratik islahatlarını dəstəkləyirik”

ABŞ səfiri: “Azərbaycanın suverenliyini, müstəqilliyini və demokratik islahatlarını dəstəkləyirik”
# 01 may 2019 18:24 (UTC +04:00)

“Azərbaycan və ABŞ arasındakı münasibətləri çox güclü hesab edirəm”.

ONA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

O, qeyd edib ki, bu əlaqələrin daha da gücləndirilməsi üçün əlindən gələni edəcək: “Dünən prezident Əliyevlə görüşmək fürsətim olub. Onunla əlaqələrimizin geniş səpkili istiqamətlərini və əlaqələrimizi daha da inkişaf etdirməyin yollarını müzakirə etdik".

Səfir vurğulayıb ki, hazırda Azərbaycanda bir sıra islahatlar keçirilir: “Azərbaycan islahatlar baxımından keçid dövründə olan bir ölkədir. Biz Azərbaycanın suverenliyini, müstəqilliyini və demokratik islahatlarını dəstəkləyirik. Biz həmçinin Azərbaycanın iqtisadi islahatlarını və inkişafını dəstəkləmək istəyirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR