Bank Of Baku

Səfir: Azərbaycanla İsrail arasında əməkdaşlıq növbəti mərhələyə çatıb

Səfir: Azərbaycanla İsrail arasında əməkdaşlıq növbəti mərhələyə çatıb
# 13 fevral 2023 11:44 (UTC +04:00)

Azərbaycanla İsrail arasında əməkdaşlıq növbəti mərhələyə çatıb. Biz elə bir mərhələyə çatmışıq ki, Azərbaycan səfirliyi İsraildə açılır.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda çıxışı zamanı Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov bildirib.

"Belə bir qərar verilməzdən öncə bildiyiniz kimi başqa bir tarixçə vardır. Keçən il biz Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bizim bu əməkdaşlığımız 30 il müddətində məhdudlaşmır. Əsrlər boyu azərbaycanlılar və yəhudilər arasında münasibətlər var. Yəhudilər burada illər boyu yaşayıblar. Azərbaycan əsrlər boyu yəhudi icması üçün doğma məkana çevrilib. Onlar burada sülh və əmin-amanlıq içində əsrlər boyu yaşayıblar. İndiyə qədər bizdə antisemitism müşahidə olunmayıb. Hazırda iki ölkə arasında münasibətlərin əsasında multikulturalizm dayanır.

Dünyanın müxtəlif ölkələrində islamafobia, ksenofobiya, etnik nifrət müşahidə olunur. Fəxrlə qeyd edirik ki, biz elə bir mərhələyə çatmışıq ki, bu mərhələdən də daha yüksək mərhələyə çata bilərik. Mən Azərbaycanın İsraildə təyin olunmuş ilk səfiriyəm və rolum bu münasibətlərinin gücləndirilməsindən ibarətdir. İsrail şirkətlərinin və sahibkarlarının burada təmsil olunan böyük siyahısı var. Birinci dəfədir ki, onlar arasında Azərbaycanla ilk dəfə ünsiyyət yaranır və biz bü münasibətləri daha da gücləndirməliyik. Mən əmin olmalıyam ki, bu bağlar ikitərəfli inkişaf etdiriləcək. Biz bir-birimizdən nəsə öyrənərək inkişaf etməliyik",- deyə Muxtar Məmmədov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR