“Azərbaycandan Türkiyəyə humanitar yardımların göndərilməsi davam edir”.
APA xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
Səfir bildirib ki, indiyə qədər humanitar yardımların olduğu 10 təyyarə Türkiyəyə çatıb: “Bununla bərabər onlarla yük maşını da yardım vasitələrini Azərbaycandan Türkiyəyə gətirib. Azərbaycan Türkiyətə hava şəraitinə görə 1400-dən artıq çadır çatdırıb.