Bank Of Baku

Səfir mina problemindən danışıb, Türkiyənin Azərbaycana dəstəyini ifadə edib

Səfir mina problemindən danışıb, Türkiyənin Azərbaycana dəstəyini ifadə edib
# 04 noyabr 2023 11:57 (UTC +04:00)

Türkiyə Qarabağ minalardan tam azad olunana qədər Azərbaycana dəstək olacaq.

APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

O bildirib ki, Türkiyə 40 ildir terror təşkilatları ilə mübarizə aparır.

“Türkiyə həm terrorla mübarizədə, həm də minatəmizləmə işində kifayət qədər təcrübəlidir. 3 ildir təcrübələrimizi Azərbaycanla bölüşürük. Qarabağ minadan tam azad olunana qədər Azərbaycana dəstək olacağıq.

Biz bu məsələ ilə əlaqədar çalışan bütün beynəlxalq təşkilatları da Azərbaycana dəstək verməyə çağırırıq”, - səfir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR