Bank Of Baku

Səfir: Qadınlara qarşı zorakılıqla mübarizə üçün Aİ Azərbaycanla çox sıx əməkdaşlıq edir

Səfir: Qadınlara qarşı zorakılıqla mübarizə üçün Aİ Azərbaycanla çox sıx əməkdaşlıq edir
# 01 mart 2023 12:28 (UTC +04:00)

"Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması və bu istiqamətdə məlumatlılığın artırılması ilə bağlı Azərbaycanla intensiv işləyirik".

Bunu APA-ya açıqlamasında Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

Diplomat bildirib ki, gender bərabərliyi və qadınlara qarşı zorakılıq hallarının məhdudlaşdırılması ilə bağlı İstanbul Konvensiyası önəmli sənəddir.

"İstanbul Konvensiyası standartların etalonudur" .

Diplomat vurğulayıb ki, qadınlara qarşı zorakılıqla mübarizə hallarının aradan qaldırılması ilə bağlı Aİ Azərbaycanla çox sıx əməkdaşlıq edir. "Biz dövlət orqanları ilə yanaşı, həm də bu məsələdə çox mühüm rolu olan vətəndaş cəmiyyəti ilə birlikdə işləyirik, qadınlara qarşı zorakılığın qarşısının alınmasına və bu sahədə maarifləndirilmənin aparılmasına, dəhşətli halların kökünün kəsilməsinə yardım etməyə çalışırıq.

Əməkdaşlığımız çox intensivdir və biz buna davam edəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR