Bank Of Baku

Səfir: Türkiyə zəlzələnin fəsadlarını aradan qaldırmağa qadir dövlətdir

Səfir: Türkiyə zəlzələnin fəsadlarını aradan qaldırmağa qadir dövlətdir
# 10 fevral 2023 14:19 (UTC +04:00)

“Cənab Prezident Rəcəb Tayyib Ərdoğan dünən də bildirdi ki, Türkiyə bütün qurumları ilə, bütün imkanları ilə bu zəlzələnin fəsadlarını aradan qaldırmağa qadirdir”.

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib.

“İki böyük zəlzələ yaşadıq. 10 milyondan çox insan bundan təsirləndi. Son dərəcə böyük bir təbii fəlakətlə qarşı-qarşıya qaldıq. İtkilərimiz var. Amma Türkiyə güclü bir dövlətdir. Bu yaraları ən qısa müddətdə saracağıq”, - səfir əlavə edib.

Səfir qeyd edib ki, zəlzələdən sonra Azərbaycan xalqı səfərbər olub: "Kimin nəyə gücü çatırsa, yardım edir. Elə adam var əynindəki gödəkçəni, döşəyini, yorğanını göndərir. Kimisi də pul göndərir. Hər kəs əlindən gələni edir. Buna görə çox minnətdarıq".

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR