"Ümid edirik ki, Böyük Britaniya şirkətləri geri qaytarılan ərazilərin bərpasında da yaxından iştirak edəcək".
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould "Twitter" hesabında bildirib.
"Böyük Britaniya brendlərinin Azərbaycanda artan rolunu görməyə çox şadam. Bu gün nazir Leo Dokerti ilə Azərbaycana yeni daxil olmuş Böyük Britaniya şirkəti JCB-in nümayəndələri ilə görüşdük. Ümid edirik ki, Böyük Britaniya şirkətləri geri qaytarılan ərazilərin bərpasında da yaxından iştirak edəcək", səfir qeyd edib.