ABŞ Xəzər dənizi boyunca sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanla onilliklərdir ki, tərəfdaşlıq edir.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirib ki, bu çərçivədə edilən yardımın məbləği 320 milyon dollar həcmində olub:
“ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevara bu yaxınlarda gözəl Abşeron Milli Parkında gəzintiyə çıxıb. Birləşmiş Ştatlar onilliklərdir ki, Xəzər dənizi boyunca sərhəd təhlükəsizliyini gücləndirmək üçün Azərbaycana radarlar, patrul qayıqları, sualtı texnologiyalar və təlimlər daxil olmaqla yardım göstərərək tərəfdaşlıq edir. Bu yardım 320 milyon dollar həcmində olub. Birləşmiş Ştatlar və Azərbaycan birlikdə daha təhlükəsiz, daha güvənli və daha firavan bir gələcək üçün çalışırlar”, - səfirlik qeyd edib.