Bank Of Baku

Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarına çağırış edib

Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarına çağırış edib
# 07 oktyabr 2023 12:50 (UTC +04:00)

Azərbaycanın İsraildəki səfirliyi müraciət yayıb.

APA xəbər verir ki, müraciətin mətni ölkəmizin İsraildəki səfirliyinin “X” platformasındakı hesabında dərc edilib.

Müraciətdə deyilir ki, İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib:

“Bununla əlaqədar olaraq Azərbaycan vətəndaşlarına İsrail daxilində səyahət etməməyi, təhlükəsizlik qaydalarına riayət etməyi, diqqətli olmağı, yerli dövlət qurumları tərəfindən verilən tapşırıqlara uyğun hərəkət etməyi tövsiyə edirik”, - səfirlik qeyd edib.

Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82 qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR