Fevralın 14-də Meksika Senatının Prezidenti Alexandro Armenta Mier Senatın növbəti sessiyası zamanı çıxış edərək, bir neçə gün öncə qondarma "erməni soyqırımı"nı tanıyan bəndin qəbulu ilə bağlı açıqlama gətirib.
Bu barədə APA-ya Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, o, Meksika Hökumətinin və Meksika dövlətinin "erməni soyqırımı"nın mövcudluğunu tanımadığını bildirib, Meksika Senatının daima münaqişələrin danışıqlar və sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu vurğulayıb.