“Avropadan Ermənistanın Azərbaycanla sərhədinə müşahidə missiyasının gətirilməsi normallaşma prosesinə maneə yarada bilər”.
APA xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında spiker Sahibə Qafarova bildirib.
Sahibə Qafarova deyib ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistanla sərhəddə yerləşməsi ilə bağlı mövqeyini Rusiyada keçirilən görüşlərdə də bəyan edib.