Bank Of Baku

Süleyman Soylu: Qardaş Azərbaycanın yardımı işimizi asanlaşdırır

Süleyman Soylu: Qardaş Azərbaycanın yardımı işimizi asanlaşdırır
# 07 fevral 2023 19:04 (UTC +04:00)

Qardaş Azərbaycanın göstərdiyi yardım işimizi asanlaşdırır, rahatlaşdırır.

O, bu barədə APA-nın Türkiyədə zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşının sualına cavabında deyib.

Nazir bir çox dövlətlərin Türkiyəyə yardım təklif etdiyini, xilasedicilər göndərdiyini bildirsə də, ilk köməyə gələn dövlətin Azərbaycan olduğunu diqqətə çatdırıb.

Süleyman Soylu Azərbaycan FHN-in xilasedicilərinin zəlzələ bölgəsində çox əhəmiyyətli yerlərdə axtarış işləri apardığını vurğulayıb.

Qeyd edək ki, zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər 6 fevral tarixində Türkiyəyə yola salınıb və artıq fəaliyyətə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR