“Danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində oldu”.
APA xəbər verir ki, bunu aprelin 5-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
“Biz beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduğumuzu bildirdik. Beynəlxalq mövzuları və bizim regionlarda vəziyyəti ətraflı müzakirə etdik.
Bugünkü danışıqların yekunları ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağımıza imkan verir” – deyə o qeyd edib.