Bank Of Baku

Tacikistan Prezidenti: Xalqlarımızın maraqlarına cavab verən əlaqələrin dinamik inkişafından məmnunuq

Tacikistan Prezidenti: Xalqlarımızın maraqlarına cavab verən əlaqələrin dinamik inkişafından məmnunuq
# 23 may 2023 15:42 (UTC +04:00)

Biz ikitərəfli münasibətlərin konstruktiv atmosferindən və əlbəttə ki, ölkələrimizin xalqlarımızın köklü maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələrinin dinamik inkişafından məmnunuq.

APA xəbər verir ki, bu barədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Prezident İlham Əliyevə təbrik məktubunda deyilir.

“Sizin bu yaxınlarda Tacikistana dövlət səfəriniz zamanı görüşlərimizi səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunan razılaşmaların praktik icrası uzunmüddətli perspektivə istiqamətlənmiş səmərəli Tacikistan-Azərbaycan əməkdaşlığına yeni impuls verəcək”, - məktubda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR