Talakvadze: Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstəyə görə Azərbaycana minnətdarıq

Talakvadze: Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstəyə görə Azərbaycana minnətdarıq
# 11 dekabr 2023 11:45 (UTC +04:00)

Biz Gürcüstanın Avropaya inteqrasiyasına güclü dəstək ifadə etməsinə görə Azərbaycana minnətdarıq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze deyib.

“Əlbəttə bu, ölkələrimiz və hökumətlərimiz arasındakı əlaqələrin, dostluğun davamıdır. Təbii olaraq Gürcüstan öz növbəsində regionda sülh və sabitliyin təmin olunmasında vacib rol oynamağa hazırdır və biz regionumuzun və ölkələrimizin ehtiyac duyduğu planlara və gələcəyə fokuslanmışıq. Biz Azərbaycana səfərin müsbət və məhsuldar olacağını gözləyirik”, - Talakvadze deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR