Bank Of Baku

Toivo Klaar: Aİ-nin Cənubi Qafqazda sülhün təmin olunmasında iştirakı kiməsə qarşı deyil

Toivo Klaar: Aİ-nin Cənubi Qafqazda sülhün təmin olunmasında iştirakı kiməsə qarşı deyil
# 11 aprel 2023 17:29 (UTC +04:00)

Cənubi Qafqaz Avropa İttifaqının (Aİ) qonşuluğundadır. Bizim regionun üç ölkəsi ilə uzunmüddətli əlaqələrimiz var.

APA xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə yerləşən “European Policy Center” beyin mərkəzi tərəfindən təşkil olunan “Cənubi Qafqazda təhlükəsizlik: Aİ-nin rolu nədir?” müzakirəsində bildirib.

Onun sözlərinə görə, Aİ-nin Cənubi Qafqazın çiçəklənməsində, sülh və sabitliyin təmin olunmasında marağı var: “Regionda müsbət inkişaf bizim marağımızdadır. Bizim bunun təmin olunmasında iştirakımız heç kimə qarşı deyil. Cənubi Qafqaz bizim qonşuluğumuzdadır və burada sülh və sabitlik istəyirik”.

Xüsusi nümayəndə Rusiyanın Ukraynaya qarşı müharibəsinin Aİ-nin regionla bağlı siyasətinə və aktivləşməsinə ciddi dəyişiklik etmədiyini deyib.

O qeyd edib ki, Aİ 2020-ci ildə 44 günlük müharibədən sonra region ölkələri ilə daha fəal işləməyə başlayıb: “Bir daha qeyd etmək istərdim ki, Aİ daha əvvəl prosesdə iştirak edirdi, bizim təmaslarımız Ukraynanın işğalına görə artmayıb, bundan əvvəl artıq bu təmaslar var idi”.

Toivo Klaar, Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə ötən həftə dialoqunun baş tutduğunu da vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR