Bank Of Baku

Tokayev Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib

Tokayev Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib
# 03 noyabr 2023 11:35 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib.

APA xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.

“Hörmətli cənab İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmlənməsi münasibətilə təbrik edirəm! Ölkəniz ərazi bütövlüyünü bərpa etdi və yeni inkişaf dövrünə qədəm qoydu”, - Qazaxıstan Prezidenti qeyd edib.

Tokayev Türkiyə Cümhuriyyətinin 100-cü illiyi ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana da təbriklərini çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR