Bank Of Baku

Tokayev: Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsi istiqamətində fəal iş aparılır

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 10 aprel 2023 17:41 (UTC +04:00)

“Hazırda Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsi istiqamətində fəal iş aparılır”.

APA Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Qazaxıstan lideri layihənin strateji əhəmiyyətini diqqətə çatdırıb:

“Bu layihənin strateji əhəmiyyətini nəzərə alaraq, onun vaxtında istifadəyə verilməsinin təmin olunması barədə tapşırıq vermişik. Bununla yanaşı, azərbaycanlı tərəfdaşlar dövlət xidmətlərinin rəqəmsal texnologiyaya keçidi sahəsində birgə layihələrin həyata keçirilməsinə, o cümlədən İnformasiya Texnologiyaları (İT) startap layihələri üçün Qazaxıstan platformalarından istifadə etməyə dəvət olunur”, - Tokayev əlavə edib.

Qazaxıstan Prezidenti həmçinin qeyd edib ki, maliyyə-investisiya əməkdaşlığı sahəsində də bir sıra görülməli işlər var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR