Bank Of Baku

Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizmi yaradılır

Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizmi yaradılır
# 21 dekabr 2022 11:49 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) mülki müdafiə mexanizminin yaradılması mərhələsindəyik.

APA xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu TDT Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə deyib.

O bildirib ki, bu gün bu istiqamətdə ilk addımlar atılır.

“Zəlzələlər güclü və dağıdıcıdır. Amma inanırıq ki, bizim qardaşlığımız daha güclüdür”, - Süleyman Soylu qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da Zirvə görüşündə iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR