Bank Of Baku

Türk dövlətlərinin Notariuslar İttifaqı yaradılır

Türk dövlətlərinin Notariuslar İttifaqı yaradılır
# 05 oktyabr 2023 16:39 (UTC +04:00)

Türk dövlətlərinin Notariuslar İttifaqı yaradılır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, buna dair anlaşma memorandumu Ankarada imzalanıb.

Rəsmi mərasimdə çıxış edən Türkiyənin ədalət naziri Yılmaz Tunç, ilkin mərhələdə ittifaqa Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın üzv olacağını deyib. Onun sözlərinə görə, bu ölkələr arasında sözügedən sahədə əməkdaşlıq və təcrübə mübadiləsi də nəzərdə tutulub.

Nazir əlavə edib ki, türk dövlətlərində həyata keçirilən notarial prosedur İttifaqa üzv olan digər dövlətlərdə də keçərli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR