Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərarası formatı yenilənəcək

Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərarası formatı yenilənəcək
# 29 sentyabr 2023 19:39 (UTC +04:00)

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.

APA-nın Tbilisi müxbiri Gürcüstanın ictimai telekanalına istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrə, həmçinin regiondakı təhlükəsizlik mühitinə dair müzakirə aparılıb.

Məlumata görə, görüş zamanı parlament sədrləri Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatının yenilənməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, görüş Avropa Parlament Sədrləri Konfransı çərçivəsində Dublində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR