Bank Of Baku

Türkiyə “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq edib: Yeni addımlar atacağıq - VİDEO

Türkiyə “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq edib: Yeni addımlar atacağıq - VİDEO
# 08 may 2023 13:14 (UTC +04:00)

Türkiyə Ermənistanla normallaşma prosesində güzəştlər edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Ankara bu addımları Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə göstərmək üçün edib: “Amma onlar səmimi olmadıqlarını bir daha göstərdilər… Bizim Osmanlı paşalarımızı və azərbaycanlı qardaşlarımızı öldürən şəxslərə heykəlin (“Nemezis” - red.) ucaldılmasını qəbul edə bilmərik”.

Nazir əlavə edib ki, Türkiyə tərəfi heykəlin sökülməsi ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib və bu məsələyə dair Ermənistana qarşı yeni addımlar atacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR