Bank Of Baku

Türkiyə Prezidenti: Azərbaycanla Naxçıvanı birləşdirəcək xətlərin ən yaxın zamanda həyata keçirilməsi son dərəcə vacibdir

Türkiyə Prezidenti: Azərbaycanla Naxçıvanı birləşdirəcək xətlərin ən yaxın zamanda həyata keçirilməsi son dərəcə vacibdir
# 09 noyabr 2023 12:51 (UTC +04:00)

Başda TANAP olmaqla, həyata keçirdiyimiz layihələrlə həm ölkəmizin, həm də bölgəmizin enerji təhlükəsizliyini təmin etmişik.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, hazırda Şərq-Qərb Orta Dəhlizinin də əhəmiyyəti artıb: “Biz onun işlək olmasını inkişaf etdirməliyik. Qarabağın işğalının bitməsi ilə bölgəmizdə daimi sülhə bir addım daha yaxınlaşdığımızı görürük. Ermənistanın Azərbaycan qarşısında üzərində götürdüyü öhdəlikləri yerinə yetirməsi bu prosesi asanlaşdıracaq. Azərbaycanın Qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın zamanda həyata keçirilməsi son dərəcə vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR