Türkiyədə prezident seçkilərindən sonra ilk səfərimi Şimali Kiprlə bərabər Bakıya gerçəkləşdirmişdim. İndi Naxçıvanda olmaqdan böyük məmnunluq duyuram.
APA-nın xəbərinə görə, bunu Azərbaycana rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatda bildirib.
Türkiyə Prezidenti deyib ki, Naxçıvanda inkişafı qürurla müşahidə edib: “Naxçıvanın inkişafında böyük xidməti olan Heydər Əliyevi bir daha rəhmətlə yad edirəm”.