Bank Of Baku

Türkiyə səfiri: Azərbaycan çadır və konteyner ehtiyacını qarşılamağımız üçün yardımlar göndərib

Türkiyə səfiri: Azərbaycan çadır və konteyner ehtiyacını qarşılamağımız üçün yardımlar göndərib
# 17 fevral 2023 14:55 (UTC +04:00)

Hava şəraitinə görə, zəlzələdən əziyyət çəkən vətəndaşlarımızın çadıra və digər bu kimi vasitələrə ehtiyacı var.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

"Hazırda bu istiqamətdə ölkəmizdə iş gedir. Türkiyədə həm çadır, həm də konteyner istehsalına başlanılıb. Eyni zamanda, Azərbaycan da bu ehtiyacı qarşılamağımız üçün yardımlar göndərib. Fürsətdən istifadə edib bir daha Cənab Prezident İlham Əliyevə, həm Heydər Əliyev Fonduna, həm də Fövqəladə Hallar Nazirliyinə təşəkkür edirəm", - səfir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR