Qardaş Azərbaycan ölkəmizin yardım çağırışını gözləmədən Prezident İlham Əliyevin göstərişi ilə hərəkətə keçib.
APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı mətbuat konfransında deyib.
“Zəlzələnin səhəri günü fövqəladə hallar naziri hörmətli Kəmaləddin Heydərov mənə zəng vuraraq zəlzələ bölgəsinə göndərilmək üçün axtarış-xilasetmə qrupunun hazır olduğunu bildirdi. Qeyd etdi ki, heyət qısa müddət sonra artıq hava limanına yola düşəcək. Zəlzələ baş verəndən heç 6 saat keçməmiş artıq heyət Türkiyəyə yola düşdü. Eyni gün içərisində ümumilikdə 3 təyyarədə 400-dən çox heyət Türkiyəyə göndərildi”, - səfir vurğulayıb.