Türkiyə TŞ-nin iclasında Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iclasa dövlət başçısı Rəcəb Tayyib Ərdoğan başçılıq edəcək.
Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası sabah keçiriləcək.
MGK-nın iclası çərçivəsində Rusiya-Ukrayna müharibəsi, Türk Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında davam etdirdiyi əməliyyatlar və Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri müzakirə olunacaq.