Bank Of Baku

Türkiyə XİN: Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyirik

Türkiyə XİN: Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyirik
# 27 yanvar 2023 11:57 (UTC +04:00)

Bu səhər Azərbaycanın Tehran səfirliyinə baş vermiş silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, keçmişdə də bənzər hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən anlayır və bölüşür.

“Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, kəsintisiz olaraq davam edəcək”, - bəyanatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR